FİKRƏT Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının SƏDRİ SEÇİLDİ
Məhkəmə Hüquq Şurasının iclası keçirilib.
AzerTaym-ın report-a istinadən xəbərinə görə, iclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.
İclasda Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb. Şuranın üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.
Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir.