İş adamı ŞƏHİD ATASINI törətdiyi ekoloji cinayətə ortaq etdi!
7NEWS.az xəbər verir ki, bu barədə sosial mediada məlumat laylaşılıb: "Bizə daxil olan məlumata görə Kür çayının Mingəçevir şəhərinin içərisindən keçən hissəsində qanunsuz olaraq tikilmiş "Liman" kafesinin sahibi Rüfət Mahmud oğlu Məmmədov törətdiyi əməllərdən yaxa qurtarmaq və məsuliyyətdən yayınmaq üçün utancverci üsula əl atıb. Belə ki, tualet sularını içməli su mənbəyinə axıdan "Liman" kafesinin sahibi avqustun 7-də tez-tələsik obyekti şəhid Atiq İbrahimovun atası Ariz İbrahimovun adına keçirib. Amma necə, bax bu ciddi suallar doğurur.
...Məlumat üçün qeyd edək ki, artıq 20 günə yaxındır ki, Kür çayında yaranmış ekolji cinayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Su Ehtiyatları Agentliyi və digər qurumlar "İnci" və "lİman" kafelərində monitorinq aparıb və "Liman" kafesinin içməli su mənbəyinə nəcis, tualet suyu və digər çirakbları axıtdığını müəyyən edib.
...Sahibkar isə utanmadan əməllərini ört-basdır etməkdən ötür şəhid tasını öz qanunusuz əməllərinə bulaşdırıb. Bəs şəhid atası Ariz İbrahimov ail təhsilli insan oludğu halda heç bir az düşünmədi? Görəsən, o heç düşünürmü ki, mənim bu addımım oğlumun ruhunu çox incidir...Atiq kimi qəhrəmanın atası işbazların alətinə çevrilməməlidr..."
Eyni zamanda oda vurğulanıb ki, Muxtar Babayevin Mingəçevirə təyin etdiyi yeni idarə rəisi Asif Məcidov sahibkarla birləşərək şəhid atasını alət kimi istifadə edirlər. Bu həm də yeni regional rəisin Muxtar Babayevə təzyiqi kimi qiymətləndirilməlidir. Görünür nazirlikdən icazə ala bilməyən idarə rəisi, aylıq "paket"dən məhrum olmamaq üçün bu yolda sahibkara şərik çıxıb.
Mövzunu diqqətdə saxlahacağıq.