Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA...

Sentyabrın 19-dan etibarən Azərbaycanda “Tiktok”a giriş məhdudlaşdırılıb.

AzerTaym.az bildirir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə “Tiktok” istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

“Hazırda “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycanda “Tiktok”a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb. 

“Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə “TikTok” platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır”- deyə Pərdəşünas  məlumatda qeyd edib.






Fikirlər