ADU-da Respublika elmi konfransının yekun tədbiri keçirilib

 Azərbaycan Dillər Universitetində Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun tədbiri keçirilib.

AzerTaym.az-a qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, onların hər birinə konfransda iştirakına görə təşəkkürünü bildirib. Rektor Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümə həsr olunan konfransın əhəmiyyətindən, müasir tərcüməşünaslığın qarşısında duran problemlərdən danışıb: 

“Bu gün Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyimiz “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun hissəsidir.  Böyük elmi araşdırmaların başlanğıcı olacaq bu konfransın qarşılıqlı əməkdaşlıq zəminində mütəmadi olaraq davam edəcəyinə ümid edirəm.  Bu cür konfransların davamlı olması təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də faydalı olacaq. Məqsədimiz nəzəri və praktik cəhətdən hazırlıqlı, peşəkar tərcüməçilər yetişdirməkdir”.

NDU-nun rektoru, dosent Elbrus İsayev birgə əməkdaşlıq üçün ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, iki universitet arasında davam edən müxtəlif istiqamətli əməkdaşlıq məsələlərindən danışıb. Baş tutan konfransın görülən işlərin məntiqi davamı kimi qiymətləndirən Elbrus İsayev məruzəçilərin tərcüməşünaslığının nəzəri-praktik problemləri haqqında çıxışlarını yüksək dəyərləndirib.

Konfransda NDU-nun əməkdaşları – universitetin  İngilis dili və tərcümə kafedrasının müdiri, dosent İlhamə Məmmədova “Tərcümə mədəniyyətlərə inteqrasiya vasitəsi kimi”,  İngilis dili və metodika kafedrasının müdiri, baş müəllim Türkan İsmayıllı “İngilis dilində modallığa dair”,   İngilis dili və tərcümə kafedrasının müəllimi Elçin Mirzəyev “Terminoloji tərcümənin əsas problemləri: tibbi, hüquqi və texniki aspektlər”, ADU-nun əməkdaşları – universitetin German dillərinin tərcüməsi kafedrasının müdiri, dosent Fialə Abdullayeva “Fənn materiallarını necə hazırlamalı: seçilmiş material üzərində iş”,  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Ülfət İbrahim “Fransa qəzet məqalələrində işlənilən evfemizmlərin tərcüməsinə dair”, Roman dillərin tərcüməsi kafedrasının müdiri, dosent Aynur Quliyeva “Tərcümənin mədəniyyətlərarası ünsiyyətdə rolu” mövzularında çıxış ediblər.

Çıxışlar zamanı peşəkar sinxron tərcüməçilərin yetişdirilməsi istiqmətində görüləcək işlərdən danışılıb, qarşılıqlı əməkdaşlığın prespektivlərindən bəhs olunub.

ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova konfransın işi haqqında hesabatı zamanı konfransın 28-30 noyabr tarixlərində keçirildiyini bildirib. Dekan konfransın qısa xronologiyasına toxunub, dinlənilən mövzular haqqında məlumat verib.Noyabrın 30-da Azərbaycan Dillər Universitetində Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun tədbiri keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, onların hər birinə konfransda iştirakına görə təşəkkürünü bildirib. Rektor Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümə həsr olunan konfransın əhəmiyyətindən, müasir tərcüməşünaslığın qarşısında duran problemlərdən danışıb: 

“Bu gün Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyimiz “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransının yekun hissəsidir.  Böyük elmi araşdırmaların başlanğıcı olacaq bu konfransın qarşılıqlı əməkdaşlıq zəminində mütəmadi olaraq davam edəcəyinə ümid edirəm.  Bu cür konfransların davamlı olması təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də faydalı olacaq. Məqsədimiz nəzəri və praktik cəhətdən hazırlıqlı, peşəkar tərcüməçilər yetişdirməkdir”.

NDU-nun rektoru, dosent Elbrus İsayev birgə əməkdaşlıq üçün ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, iki universitet arasında davam edən müxtəlif istiqamətli əməkdaşlıq məsələlərindən danışıb. Baş tutan konfransın görülən işlərin məntiqi davamı kimi qiymətləndirən Elbrus İsayev məruzəçilərin tərcüməşünaslığının nəzəri-praktik problemləri haqqında çıxışlarını yüksək dəyərləndirib.

Konfransda NDU-nun əməkdaşları – universitetin  İngilis dili və tərcümə kafedrasının müdiri, dosent İlhamə Məmmədova “Tərcümə mədəniyyətlərə inteqrasiya vasitəsi kimi”,  İngilis dili və metodika kafedrasının müdiri, baş müəllim Türkan İsmayıllı “İngilis dilində modallığa dair”,   İngilis dili və tərcümə kafedrasının müəllimi Elçin Mirzəyev “Terminoloji tərcümənin əsas problemləri: tibbi, hüquqi və texniki aspektlər”, ADU-nun əməkdaşları – universitetin German dillərinin tərcüməsi kafedrasının müdiri, dosent Fialə Abdullayeva “Fənn materiallarını necə hazırlamalı: seçilmiş material üzərində iş”,  Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Ülfət İbrahim “Fransa qəzet məqalələrində işlənilən evfemizmlərin tərcüməsinə dair”, Roman dillərin tərcüməsi kafedrasının müdiri, dosent Aynur Quliyeva “Tərcümənin mədəniyyətlərarası ünsiyyətdə rolu” mövzularında çıxış ediblər.

Çıxışlar zamanı peşəkar sinxron tərcüməçilərin yetişdirilməsi istiqmətində görüləcək işlərdən danışılıb, qarşılıqlı əməkdaşlığın prespektivlərindən bəhs olunub.

ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova konfransın işi haqqında hesabatı zamanı konfransın 28-30 noyabr tarixlərində keçirildiyini bildirib. Dekan konfransın qısa xronologiyasına toxunub, dinlənilən mövzular haqqında məlumat verib.






Fikirlər