“Nə ermənilər Qarabağa, nə azərbaycanlılar bura qayıtsınlar” - Papoyan

“Nə ermənilər Qarabağa, nə azərbaycanlılar bura qayıtsınlar” - Papoyan

Azərbaycanla danışıqlarda bir sıra məqamlar razılaşdırılıb, bəziləri isə hələ razılaşdırılmayıb, hər şey bu və ya digər səviyyələrdə müzakirə olunacaq.

 Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Gevorq Papoyan deyib.

Deputat azərbaycanlı qaçqınların Ermənistana mümkün qayıdışı mövzusuna toxunaraq bildirib:

“Ermənistanın mövqeyi belədir: hər şey qarşılıqlı şəkildə baş verməlidir. Əgər bizim üçün bir şey olmayacaqsa, Azərbaycan üçün də olmayacaq. Bu kontekstdə hesab edirəm ki, ən yaxşı variant bu status-kvonu saxlamaq olmalıdır, yəni nə gəlmək, nə də getmək. Gələcəkdə, dinc mühit və ya o fürsət yarananda, düşünürəm ki, çox yox, məhdud sayda insan bu hüquqdan bəlkə istifadə edəcək. Amma bu, mütəşəkkil bir proses olmayacaq. Ən yaxşı həll bu status-kvonu saxlamaqdır”.

Gevorqyan qeyd edib ki, mövcud durumda nə ermənilərin Qarabağa, nə də azərbaycanlıların Ermənistana qayıtmaları mümkündür.






Fikirlər