İcra Başçısı Niyazi Bayramov “Land Cruiser”ni dəyişir - Sabiq nazirin şirkətindən maşın alır
Gəncə şəhər İcra Hakimiyyəti "Xidməti minik avtomobilinin satınalması" ilə bağlı elan etdiyi tenderdə qalib gəlmişmiş şirkətlə müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, icra orqanı ilə "İmprotex Motors" arasında 220 min AZN-lik anlaşmaya imza atılıb.
Bildirək ki, "Improtex Motors" MMC-nin niamnamə kapitalı 5325 AZN-dir. Şirkət 04.04.1997-ci ildə dövlət qeydiyyatına alınıb.
"Improtex Motors" MMC keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məsxusdur.
Mediada gedən məlumatlara görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun hazırki xidməti avtomobili “Toyota Land Cruiser”dir.