-
22-11-202421-11-202420-11-2024
Ermənistandakı əsirlərimiz bu gün Vətənə dönəcək...
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Dekabrın 13-ü günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədində beş gün əvvəl elan edilmiş hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutacaq.
Bu barədə Turan agentliyinə məlumatlı mənbələrdən məlumat verilib.
“Azərbaycanın 32 erməni, Ermənistanın isə iki Azərbaycan əsgərini azad edəcəyi gözlənilir.
Erməni hərbçiləri 2020-ci ilin dekabrında Hadrut bölgəsində və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə əsir götürülən hərbçilərdir”, - məlumatda deyilir.
Qeyd edək ki, razılaşma çərçivəsində Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov Azərbaycana təhvil veriləcəklər.
Hər iki hərbçimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində itkin düşüb, daha sonra Ermənistan tərəfindən əsir götürülüblər.