İRƏVANDA ƏSİR SAXLANAN ƏSGƏRİMİZƏ AĞIR HƏBS CƏZASI KƏSİLDİ - Saxta ittihamla

 

Ermənilər tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan azərbaycanlı hərbçilərdən biri qanunsuz olaraq azadlıqdan məhrum edilib.

Belə ki, Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb. Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb. A.Bəbirov bu ittihamlarla təqsirli bilinib.

A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.

Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.  Erməni tərəfi onu qətldə ittiham edir

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib






Fikirlər