Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşına general-leytenant, digər üç əməkdaşına general-mayor ali xüsusi rütbəsi verilib.
AzerTaym.az qaynarinfo-nun ali xüsusi rütbə alan vəzifəli şəxslərin kimliyini araşdıran yazını təqdim edir;
Etibar Rəsul oğlu İsmayılov - FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. 01.05.1966-ci ildə Bakı şəhərində anadan olub. Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib. Ailəlidir. 2 övladı var.
Ona 3 il əvvəl general-mayor, bu gün isə "general-leytenant” ali hərbi rütbəsi verilib. O, ötən il FHN-in Bakı Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, sözügedən xidmətin rəisi təyin edililib.
Mirzəyev Şahin Əyyub oğlu - Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir. Yeni nazir bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub.
O, 16.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Ailəlidir, 2 övladı var. Bu gün general-mayor ali hərbi rütbəsi verilib.
Aqşin Böyükağa oğlu Kazımov - Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. 28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub. SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. Ailəlidir. 3 övladı var. Bu gün general-mayor ali hərbi rütbəsi verilib.
Asif Eltufat oğlu Məmmədli - Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisidir. 2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var. Bu gün general-mayor ali hərbi rütbəsi verilib.