Azərbaycanda kolleclər ləğv olunur? - Ekspert səbəbləri AÇIQLADI...

Azərbaycanda kolleclər ləğv olunur? - Ekspert səbəbləri açıqladı 

“Ölkəmizdə hazırda 55 orta ixtisas təhsili müəssisəsi - kollec var. Burada 62 423 subbakalavr – tələbə təhsil alır. Onların mütəxəssis kimi yetişməsi ilə 6 078 müəllim məşğul olur. Cəmiyyətin kollec ilə bağlı düşüncəsi və yanaşması müxtəlifdir. Bəziləri elə düşünürlər ki, kolleclər lazım deyil və biliyi, bacarığı zəif olanlar burada təhsil alırlar”. 

Medianews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. 

O, gələcəkdə kolleclərin ləğv olunması məsələsinə də aydınlıq gətirib: “Bir məqamı qeyd edim ki, müzakirə olunan “Ali Təhsil haqqında” qanun qəbul olunandan sonra kolleclərin bir pillə olaraq mövcudluğu sual altına düşəcək. Kolleclərin ləğv olunacağını da demək olar. Belə ki, onlar universitetlərin daxilində bir pillə kimi olacaqlar”. 

Təhsil eksperti təhsilin əlçatanlılığı üçün az təhsilhaqqı olan müəssisələrin olmasının vacibliyini vurğulasa da kolleclərin maddi texniki bazalarının zəif olduğunu, əmək bazarı ilə ayaqlaşmadığını dilə gətirib: “Etiraf edək ki, kolleclərin böyük əksəriyyəti müasir dövrün çağırışlarına cavab vermir və maddi texniki bazaları zəifdir, əmək bazarı ilə ayaqlaşmır”. 






Fikirlər