“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucova HÖKM oxundu...
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb. Yenisabah.az Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasan, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.