Rəsmilər yanğın yerinə getdilər - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev və Baş prokuror Kamran Əliyev Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerində olublar. AzerTaym.az xəbər verir ki, rəsmi şəxslərə yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat verilib. Sonra Anar Ələkbərov, Teymur Musayev və Kamran Əliyev yanğın zamanı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərə baş çəkiblər. Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində burada müalicə alan 4 uşaq həlak olub. Hadisə zamanı tüstüdən zəhərlənən şəxslərə tibbi xidmətlər göstərilib. Onların vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-vü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Məqaləyə dair fotomateriallar: