Elza canlı efirdə Flora Kərimova ilə dava etdi, mikrofonu yerə çırpıb getdi-VİDEO

Elza canlı efirdə Flora Kərimova ilə dava etdi, mikrofonu yerə çırpıb getdi-VİDEO

AzerTaym.az bildirir ki, bu dəfə Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan üz-üzə gəlib. Sənətçilərin münaqişəsinə səbəb Flora Kərimovanın Elzanın geyiminə irad tutması olub.
Xalq artisti həmkarını ötən gün dəfn edilən Əməkdar artist Aygün Bəylərin vida mərasiminə şlyapa ilə getməsini qınayıb.
 
O, Elza Seyidcahanın libasının hüzr mərasiminə uyğun olmadığını bildirib.
 
Əməkdar artistin reaksiyası isə sərt olub. Elza Seyidcahan Flora Kərimovaya onun geyiminə müdaxilə etməməyi tapşırıb. Bununla da ürəyi soyumayan müğənni əlindəki mikrafonu yerə çırparaq studiyanı tərk edib.
 
 Flora Kərimova  azərbaycanlı xanım olaraq irad tutmaqda özünə haqq qazandırıb: "Sənə irad eləməyə ixtiyarım var.  Sizin millətin pozmağa ixtiyarınız yoxdur. İnsanın keyfiyyətli olmalıdır. Hamımız keyfiyyət axtarırıq".
 

 






Fikirlər