"3 il qısa müddət olsa da..."- Tanınmışlar Medianın İnkişafı Agentliyini belə təbrik etdilər

Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından üç il ötür.
 
Tanınmış ekspertlər Moderator.az vasitəsi ilə agentliyin 3 yaşını təbrik  etdilər. 
 
 
Onlar agentliyin medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində göstərdikləri  fəaliyyəti yüksək qiymətləndirdilər. 
 
 
 
Millət vəkili Arzu Nağıyev Medianın İnkişafı Agentliyinin 3 yaşını təbrik edərək medianın güclənməsində agentliyin rolundan bəhs etdi:
 
“Bu gün Medianın İnkişafı Agentliyinin 3 yaşı tamam olur. Media agentliyinin rəhbərini və əməkdaşlarını təbrik edirəm. Onlara bu şərəfli işlərində müvəffəqiyyətlər arzu edirəm. Agentlik  yarananda əsas dövlət və dövlətçilik məsələlərində medianın işi eyni zamanda, medianın peşəkar fəaliyyətlə məşğul olan media qurumlarının məhz kommunikasiyasını, iş prinsiplərini düzəltmək, onlarla müvafiq işlər aparmaq, reysteri məsələlərinin həyata keçirilməsini nizama salmaq dayanırdı. Əlbəttə ki, bütün bu proseslər çox çətin və mühüm məsələlərdir. Bu gün də onlar öz işlərini şərəflə həyata keçirirlər. Müxtəlif mediada peşəkarların artırılması ilə bağlı təlimlərin keçirilməsi, qurumlarla müvafiq memorandumların imzalanması və bu istiqamətdə çox ciddi addımlar atılıb. Media İnkişaf Agentliyinin gələcəkdə peşəkar jurnalistlərin yetişdirilməsində rolu çox böyükdür. Müxtəlif universitetlərin jurnalistika fakültəsində təhsil alan tələbələrlə görüşlər mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki bu istiqamətdə də daha böyük  addımlar atılacaq. Əsas məsələlərdən biri Media haqqında olan qanunun hazırlanması onun ictimaiyyət tərəfindən müzakirəsi, dinləmələrin keçirilməsi, Milli Məclis səviyyəsində qanunvericilik aktı kimi addım atılması çox mühüm addımlardan biri idi. Mən bu işdə onlara müvəffəqiyyətlər arzu edirəm".
 
 
Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid “Media haqqında qanun” hazırlanmasında Medianın İnkişafı Agentliyinin  əməyini yüksək qiymətləndirdiyini bildirdi: 
"Bu üç il ərzində çox gərgin və əzmkarcasına fəaliyyət göstərdilər. Ondan sonraki dövrdə də Medianın İnkişafı agentliyi müsbət fəaliyyəti ümumi mətbuat tərəfindən qiymətləndirilib. Həm jurnalistlərin təlim məsələləri, həm müasir jurnalistikaya yiyələnmək baxımından onların fəaliyyəti göz önündədir. Xüsusən də ADA universitetində keçirilən təlimləri mən yüksək qiymətləndirmişəm. Son bir ildə də Mətbuat Şurasıyla bir yerdə media savadlılığı və digər mövzularda təlimlərin keçirilməsi, region mediasına diqqətin artırılması baxımından tədbirlərin keçirilməsini də yüksək qiymətləndirirəm. Keçən ilin sonlarında isə regionlarımızın mətbuat nümayəndələrinin Şuşaya səfərini təşkil etmişdilər və mən onu da çox böyük rəğbətlə qarşıladım. Medianın İnkişafı Agentliyinin ən böyük fəaliyyətlərindən biri ötən il Şuşada media formunun keçirilməsi idi ki, bu gərgin zəhmət, böyük əmək, ünsiyyət tələb edirdi. Yüksək səviyyədə keçən Media forumda da Medianın İnkişafı Agentliyinin böyük xidməti oldu. 
 
Başda Əhməd İsmayılov olmaqla orda çalışan bizim dostları, Natiq Məmmədlini, Pərvanə İbrahimovanı və digər bütün gəncləri 3 yaşı münasibəti ilə təbrik edirəm".
 
 
 
 
Azxəbər.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Medianın İnkişafı Agentliyinin yarandığı ilk gündən etibarən Azərbaycan mətbuatında yeni mərhələnin əsasını qoyduğunu qeyd etdi:
 
“Xüsusi vurğulamaq lazımdır ki, onlayn media subyektlərinə maddi dəstəyin ayrılması, eyni zamanda media reyestrnin yaranması, media haqqında qanunun qəbul olunması Medianın İnkişafı Agentliyinin  qısa müddət ərzində gördüyü böyük işlərdən hesab oluna bilər. Demək olar ki, media yaranandan sonra Azərbaycan mətbuatında yeni bir saflaşma və eyni zamanda Azərbaycan jurnalistikasının əvvəlki mərhələyə yüksəlməsinə çox böyük yardımçı oldu. Jurnalistlərin media reyestrnin qəbulu eyni zamanda, media subyektlərinin media reyestrnə qəbulu çox mütərəqqi addımlar oldu. Son 3 il ərzində Azərbaycan mətbuatında yeni bir dövr başlayıb və artıq cəmiyyət tərəfindən də müsbət qarşılanır. Cəmiyyəti narahat edən məsələlər, mətbuatda şər böhtan kimi yazılar, təhqir, dezinformasiya yazıların sayı yetərincə alınıb. Və bu da təbii ki, artıq əvvəlki dövrlə müqayisədə çox müsbət bir haldır. Eyni zamanda demək lazımdır ki, mətbuata yad, kənar ünsürlər artıq azalmağa başlayıb. Bu da çox sevindirici haldır. Medianın İnkişafı Agentliyinin  jurnalistlərlə bağlı görülən işləri xüsusi qeyd etmək lazımdır. Xüsusən fərdi jurnalist müsabiqələri, eyni zamanda xaricdən dəvət olunan təlimçilər, bunlar hamısı Azərbaycan mətbuatının, Azərbaycan jurnalistlərinin daha da peşəkarlaşması, daha da özlərini inkşaf etdirməsi üçün atılan addımlardır. Bu 3 il ərzində Media İnkişaf agentliyi böyük işlər görüb. Ümid edirəm ki, bundan sonraki mərhələdə də, bu kimi istiqamətlərdə islahatlar davam edəcəkdir".






Fikirlər