Bakıda külək gücləndi, dalğanın hündürlüyü 2,8 metrə çatır - FAKTİKİ HAVA

Yağış yağacaq, külək əsəcək - HAVA PROQNOZU - Unikal.az

“Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib”.

AzerTaym.az bildirir ki, bunu proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

“Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”, - o vurğulayıb.






Fikirlər