Zabuxda 32 ildən sonra ilk TOY SƏDASI ...

Martın 8-də Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə toy sədası ətrafa yayılıb.

“Ölkə.az” xəbər verir ki, iki gəncin ən xoş gününə yığışanlar üçün kənddə toy mağarı qurulub.

Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi sükutla yad edilib.

Daha sonra toy şənliyi başlayıb.






Fikirlər