DünyaGöz-də əməliyyat etdirdi, gözləri tutuldu – Akıncıdan pulunu tələb edir
Bakıda DünyaGöz Xəstəxanasından və orada çalışan türk oftolmoloq Dorukan Akıncı konpensassiya tələb edilir.
Meyram Hətəmova (ad-soyad şərti) bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb.
Meyram Hətəmova iddia edib ki, DünyaGöz Xəstəxanasında çalışan türk oftolmoloq Dorukan Akıncı tərəfindən gözündə əməliyyat aparılıb. Bu əməliyyat nəticə verməyib və görmə qabiliyyəti ititib. Pasiyent uğursuz əməliyyat üçün ödədiyi vəsaitin həm xəstəxanadan, həm də həmin xəstəxanada çalışan və əməliyyatı aparan Dorukan Akıncıdan müştərək qaydada tutulmasını xahiş edib.
Hakim Şahin Abdullayev hesab edib ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına da riayət edilməyib. Belə ki, iddiaçı yalnız Türkiyə Sağlamlıq Nazirliyinə uğursuz əməliyyatla bağlı müraciət etməsinə dair sübutları ərizəyə əlavə edib. Müraciətə cavab olaraq əməliyyat Azərbaycanda icra edildiyi üçün, ölkədə fəaliyyət göstərən DüynaGöz Xəstəxanasının xaricdə fəaliyyətinin və qiymətləndirmə öhdəliyinin Azərbaycandan kənarda mövcud olmadığı üçün ona təzminat tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilib. Lakin iddiaçı müqavilə əsasında göz əməliyyatını icra edən DünyaGöz Xəstəxanasına ödədiyi pulun geri qaytarılması ilə əlaqədar müraciət etməsi və onun müraciətinə hər hansı cavab verilməsi ilə bağlı sübutları iddia ərizəsinə əlavə etməyib.
Məhkəmə hesab edib ki, xəstəxanaya qarşı pul tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər.