TƏZƏ BƏYİMİZİN könlünə TƏZƏ VƏZİFƏ DÜŞÜB... - NİYƏ DƏ YOX?

TƏZƏ BƏYİMİZİN könlünə TƏZƏ VƏZİFƏ DÜŞÜB... - NİYƏ DƏ YOX?

Azərbaycan cəmiyyəti və mətbuatı biri-birini tamamlayan vəziyyətdədir. Mətbuat öz funksiyasını itirdiyi üçün yerini sosial şəbəkələrə, bloggerlərə verib. Artıq elə bir hədd yaranıb ki, nə mətbuatın funksiyası bilinir, nə də sosial şəbəkələrin, nə olar qalıb, nə də olmaz. Qanun və qaydaları elə bunu qorumalı olanlar özləri pozur, həmçinin MEDİA-nın nəzarətində olan media subyekləri...

Burası ilə hələlik işim yox.

Son 1 ayda ölkə gündəmini bir neçə hadisə zəbt etdi. Əvvəl Əhmədin bütün ailəsini öldürməsi, ardınca məktəbli qızların tərbiyyəsizliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsi...

İlk iki hadisə barədə araşdırma aparılır deyə onlar barəsə sonra...

Amma üçüncüsündən danışacam - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsindən. İlk öncə icra başçısını təbrik edirəm, xöşbəxtlik arzulayıram. Ailə qurmaq hər bir insanın konstitusion hüququdur.

Amma...

Əmma budur ki, görəsən, icra başçısı Seymur Orucov özünə sual vedimi ki, insanlar, mətbuat bir insanın evlənməsini niyə bu qədər müzakirə etdi? Seynur adlı bir Azərbaycan vətəndaşının ailə qurnası niyə bu qədər müzakirə olunmalı idi? Bu müzakirərin səbəbi nə idi? Başçı Orucov bu suala cavab axtardımı? Tapdımı?

Məncə Orucov bu sualların cavabını bilmir, bəlkə heç ona maraqlı da olmayıb, amma ümumi eşitdiklərimizdən belə bəlli olur ki, bərk narahat olub. Ola bilsin ki, Orucov beləı hesab edə bilər ki, müzakirələrin səbəbi 4 övlad atası olmasında, ikinci dəfə evlənməsində, hətta icra başçısı olmasındadır.

Qətiyyən elə deyil... Əsas səbəb onun məmur qohumu, məmurun sabiq kürəkəni və ən nəhayət icra başçısı postuna qədər necə gəlib çıxmasındadır. Bu ölkədə məmurlara qarşı bir aqressiya var, onların fəaliyyətinə, işinə şübhə ilə yanaşılır. Niyə? Çünki, bizim ölkəmizdə "məmur demək rüşvət deməkdir" hesab olunur. Bizim ölkəmizdə məmurlar öz işlərini ya düzgün qura bilmir, ya da öhdəsindən gələ bilmir. Bizim ölkəmizdə insanların düşüncəsinə görə, sahibsiz, kasib adam 22 yaşında prorektor ola bilməz. Olmaq üçün mütləq qaynatan rektor, dayın Möhbalıyev olmalıdır.

Üstəlik Seymur Orucov kasıb məmur da deyil. Deyilənə görə, kefin istəyən biznesi var. Üstəlik də Azərbaycanda ən pullu qurumlardan olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin bacısı oğludur. Seymur Orucovu bu mərhələyə gətirən elə dayı Möhbalıyev olub. Həmkarlar İttifaqları Konfederasiyasında yüksək vəzifə, 22 yaşında prorektor, olmaq üçün dayı və sabiq qaynataya münnətdar olmaq lazımdır. Amma o, dayısına minnətdar olsa da, qaynatasına ola bilmədi... Bu da bir qismətdir, bəzən həyat yolunda yollar ayrılır. Təki gələcək uğurlu olsun...

Ən nəhayət, yenidən qayıdaq əvvəlki suala... Bu cəmiyyət Seymur adlı bir Azərbaycan vətəndaşının ailə qurmasına niyə məlum reaksiyanı verdi?

Çünki o MƏMURdur... Özü də məmur dayının məmur bacısı oğlulu, üstəlik, biznesmen məmur.

İndi Seymur Orucovun başqa bir arzusu da var. Bakıdakı rayonların birinə icra başçısı gəlmək. Pis arzu deyil, arkadaş...

Bizimxeber.az






Fikirlər