BAKIDA 1 SOTU 1 MİLYONA SATILAN TORPAQ SAHƏLƏRİ... - Alıcıları kimlərdir? + VIDEO
Bakıda 1 sotu 400-500 min manata, hətta 1 milyon manata satılan torpaq sahələri var. Bu cür torpaq sahələrinin satışa çıxarılmasına dair elanlara müxtəlif elan və əmlak saytlarında rast gəlmək olar. “AzPolitika” xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir. O da qeyd olunur ki, Bakıda ən bahalı torpaq sahələri Səbail, Nərimanov və Yasamal rayonlarındadır. Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir. Bu faktın özü və müştərilərin kimliyi kifayət qədər təəccüb və maraq doğurur. Azərbaycanda bu qiymətə torpaq, əmlak ala biləcək şəxslərin nə qədər olduğunu demək çətindir. Ancaq onların böyük əksəriyyətinin rəsmi gəlirlərinin real maddi imkanlarından qat-qat aşağı olduğu şübhə doğurmur…