“Şuşanın yenidənqurma proqramından təsirləndim” - Almaniya səfiri
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycanın Almaniyadakı Ralf Horlemannı məcburi köçkünlərin Şuşaya qaytarılması barədə məlumatlandırıb. AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə almaniyalı diplomat "X" sosial şəbəkədə bildirib. "Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimov ilə səmərəli görüş keçirdim və inkişaf səyləri, habelə Şuşanın məcburi köçkün icmasının geri qayıtması haqqında çox şey öyrəndim", - səfir qeyd edib. Şuşadakı yenidənqurma proqramının gedişindən təsirləndiyini vurğulayan Horlemann şəhərə gəlişinin sonuncu olmadığına işarə edib: "Şuşaya həqiqətən aşiq oldum, yenidənqurma proqramının gedişindən çox təsirləndim. Yenə gələcəyəm!".