Misir Mərdanovun qardaşı işdən çıxarıldı



Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bu gün nazirliyin Aparat rəhbərinin müavini İlham Cumayıl oğlu Mərdanovun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb. 

Qeyd edək ki, İlham Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. O, MTN işi çərçivəsində həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın ətrafına daxil olub. Bəzi məlumatlara görə, İ.Mərdanov qanunsuzluqlara göz yumması müqabilində hər ay Vidadi Zeynalovdan 5 min manat “paket” alıb.






Fikirlər