AZAL-ın təyyarə qəzasında sağ qalan stüardessalar mükafat alacaqlar
2024-cü ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin stüardessalarına “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq. "Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.
"Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Embraer E190 sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim edilib. Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq”, - deyə o yazıb.