ADR Hərəkatı siyasi partiyaya çevrilir

ADR Hərəkatı siyasi partiyaya çevrilir

      "ADR Hərəkatı böyük ehtimalla partiyaya çevriləcək"

Bu sözləri Ölkə.Az-a Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Səxavət Əlisoy deyib.

Səxavət Əlisoy bildirib ki, gələn il ADR-in partiya olmasına qərar verəcəyik. Böyük ehtimalla ADR Hərəkatı partiyaya çevriləcək.

ADR Hərəkatının sədr müavinin sözlərinə görə, yanvar ayının ortasında ADR hərəkatının məclisi toplanacaq. O zamana qədər ADR Hərəkatının sədri Qubad İbadoğlu da vətənə dönəcək.

Səxavət Əlisoy: "Təşkilati işlərimizi sona çatdırmalıyıq, gələn ayın ortalarına kimi ADR Hərəkatının taleyi ilə bağlı qərar verəcəyik. Böyük ehtimalla 2016-cı ilin ortalarında ADR Hərəkatı siyasi partiya olacaq", deyib.

Qeyd edək ki, 27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının qurultayında Arif Hacılı partiya başqanı seçildi. Qubad İbadoğlu və onun tərəfdarları bu seçkini tanımadıqlarını bəyan etdilər və Müsavatdan ayrılaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaratdılar.






Fikirlər