Qubad İbadoğlu: “Arif Hacılı səmimi deyil”
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşünün baş tutmamasına səbəb təyin olunan günlərdə Bakıda olmamasıdır: “1-ci təklif konkret zamanda görüş üzərində qurulduğundan həmin vaxtda görüşmək imkanım olmadı. Mən növbəti gün görüşmək üçün başqa alternativ irəli sürdüm. 2-ci və 3-cü təkliflər gün ərzində olub, lakin həmin günlərin heç birində Bakıda olmamışam. Təklif olunan 7 noyabr tarixində Finlandiyada, 13 noyabr tarixində isə Salyan və Lənkəranda yas mərasimində olmuşam”.
Q.İbadoğlu vurğulayıb ki, o, noyabın 8-də Müsavat partiyasının qərargahında keçirdiyi tədbirə başqananlığa keçmiş namizədlərin hər birini dəvət edib: “Onlardan yalnız Səxavət bəy toplantıya qatılıb. Tural bəy işi çıxdığına görə iştirak edəcəyini bildirsə də Arif bəydən rəy daxil olmayıb. Baxmayaraq toplantı başlayanda Arif Hacılı özü qərargahda olub”.
Q.İbadoğölu A.Hacılını qeyri-səmimilikdə ittiham edib: “Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, Arif Hacılı açıqlamasında belə səmimi deyil. Bir tərəfdən qucaq açır, digər tərəfdən də cəza maşınını idarə edir və konkret şəxslərlə bağlı partiya strukturlarına sifarişlər verir. Belə ki, dünən Sumqayıt təşkilatının keçmiş seçki məhbusu, fəal və fədakar müsavatçı Ənvər Əhmədə şiddətli töhmət verib”.