İCRA BAŞÇISI SÖYÜŞ SÖYDÜ, deputat isə onu qınadı - Video
Son bir neçə gündə Azərbaycanın bəzi rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib. Etirazçılar yerli icra qurumlarından əsasən süni qiymət artımları ilə bağlı izahat istəyirlər. Bir sıra rayonların icra başçıları etirazçıları qəbul edərək, onlarla danışıb məsələni həll etməyə çalışsa da, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev əksinə davranıb. O, etirazçıları təhqir etməklə yanaşı, polislərə onları tutmağı əmr edib. İcra başçısının davranışlarını əks etdirən videi sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev Modern.az-a açıqlamasında bildirib ki, icra başçısı düzgün hərəkət etməyib. “Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, düz hərəkət etməyib, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürsün”.