TAHİR KƏRİMOVLA ƏLİAGA HÜSEYNOV Salyanı - ÜSYANA HAZIRLAYIR

“Tahir Kərimovla Əliağa Hüseynov Salyanı - ÜSYANA HAZIRLAYIRNeftin kəskin ucuzlaşması, manatın ikinci devalvasiyası ölkədə ciddi problemlərə səbəb olub. Ərzaq məhsullarının qiyməti sürətlə artır ki, bu əhalisinin əksəriyyətinin kasıb şəraitdə yaşadığı ölkədə ciddi narahatlıqlara səbəb olur.
 
Bunun nəticəsi olaraq son günlər bir çox rayonlarda etiraz aksiyaları keçirilir. Son iki gündə Lənkəran, Ağsu, Siyəzən, Fizuli, Ağcabədi və başqa rayonlarda yüzlərlə insan küçəyə çıxaraq bahalaşmaya etirazını bildirib. Düzdü, icra başçıları və digər hökumət nümayəndələri əhalinin əslində spirtli içkilərin kartla satışına etiraz etdiyini deyərək aksiyaları ört-basdır etməyə çalışır. Amma əslində məsələnin bir butulka araqdan ibarət olmadığını həm onlar, həm də biz çox yaxşı bilirik. Onsuz da səfalət içində yaşayan vətəndaş daha da pisləşən güzəranına etiraz edir. Hökumət isə hələlik işini sadəcə yumurtanın qiymətini aşağı salmaqla, bir də spritli içkilərin kartla satışını ləğv etməklə bitmiş hesab edir...
 
Ölkədə sosial-iqtisadi vəziyyət pisləşən rayonların siyahısı Lənkəran, Ağsu, Siyəzən, Fizuli, Ağcabədi ilə yekunlaşmır. Bütün bölgələrdə eyni vəziyyət hökm sürür və hamı mövcud vəziyyətdən narazıdır.
 
Gərginliyin pik həddə çatdığı rayonlardan biri də Salyandır. Sakinlərin Qaynar.info-ya verdiyi məlumta görə, Salyanda etiraz aksiyaları hər an başlaya bilər. Çünki rayonda vəziyyət həddən artıq pisdir.
 
Şəhərin özündə yerləşən mağazalarda bəzi ərzaq məhsulları qəsdən gizlədilib. Mağaza sahibləri bunu bilərəkdən edir ki, ərzaq məhsullarının qıtılığını yaradaraq qiymət artımına nail olsunlar. Maraqlısı odu ki, bu mağazaların əksəriyyəti rayon rəhbərliyinə məxsusdur.
 
Əksər topdansatış mağazalarında ərzaq və kimyəvi məsulların, həmçinin siqaretin satışı dayandırılıb. Spirtli içkilər kartsız satışa icazə verildikdən sonra vitrinlərə qaytarılsa da, qiymət bir neçə dəfə artırılıb. 50 kq-lıq çuvallarda satılan un 17 manatdan 28 manata qaldırılıb. Çörək sexlərinə qiymət artımına icazə verilməyindən çəkini azaldıblar. İndi 400 qram çəkidə satılmalı olan "zavod çörəyi"nin çəkisi 250 qrama endirilib. Qənd və çayın qiyməti 2 manata qaldırılıb.
 
Kəndlərdə vəziyyət daha da acınacaqlıdır. Topdansatış məntəqələri ərzaq satışını dayandırdığından bir həftədən çoxdur ki, bu mağazalara heç bir məhsul gətirilmir. Mağazalar ancaq çörək və köhnədən qalmış məhsulların satışı ilə məşğul olur. 
 
Rayon rəhbərliyi də qiymət artımına qarşı heç bir addım atmır. Sakinlər bildirir ki, icra başçısı Tahir Kərimov rayonun bütün böyük marketlərindən aylıq haqq aldığından heç bir mağazaya müdaxilə etmir. Salyanda sözün əsl mənasında hərc-mərclik yaranıb. Artıq sakinlər özbaşınalıqlardan cana duyub. Əldə etdiyimiz məlumata görə, Salyanda genişmiqyaslı etiraz aksiyaları planlaşdırılır. Maraqlısı odu ki, Tahir Kərimov vəziyyətin saitləşməsi yönündə heç bir addım atmayaraq rayonda üsyana rəvac verir.
 
Yeri gəlmişkən, salyanlılar icra başçısı və adamlarının biganəliyindən şikayət etməyə adam tapmır. Rayonun demək olar ki, yarısını özəlləşdirərək şəxsi mülkinə çevirən millət vəkili Əliağa Hüseyov da onların köməyinə çatmır. Daha doğrusu seçiciləri deputatı tapa bilmir. Sonuncu dəfə təbliğat dövründə Salyan küçələrində görünən deputat ondan sonra rayona təşrif buyurmayıb. Millət vəkilinin obyektlərini işlədən yaxın qohumları belə uzun müddədir ki, onun üzünü görmədiklərini bildirirlər. /qaynar.info






Fikirlər