10.01.2014 - Abutalıbov “Torqovı”da qəzet stendlərini yığışdırdı

10.01.2014  - Abutalıbov “Torqovı”da qəzet stendlərini yığışdırdıAzerTaym.az xəbər verir ki,

yanvarın 10-da Bakının Nizami (Torqovı) küçəsində qəzet stendləri yığışdırılıb.

“Makdonalds” restoranının yaxınlığında qəzet stendləri olan sahibkar Arif Əsgərov bildirib ki, onun 4 stendi qanunsuz olaraq yığışdırılıb.
Onun sözlərinə görə, 20 ildir qəzet satışı ilə məşğuldur və hər ay Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ticarət departamentinə 62 manat ödəyir: “Bu gün polislər gəlib qəzet satışına qadağa qoydular. Əl yayımını da qadağan etdilər. Meriyadan tapşırıq gəldiyini söylədilər.
Əlimdə sənədim var və 20 ildir ki, qəzet satıram. Özüm Əfqanıstan müharibəsi əliliyəm. Mənim kimi burada müharibə veteranları, şəhid ailələri işləyib çörək pulu qazanır. Guya meriya küçə satışını qadağan edib. Onda siqaret satmağa da qoymasınlar. Bunların əlindən başımızı hara götürüb gedək bilmirik. Xahiş edirəm köməklik olunsun”.






Fikirlər