KƏRƏM HƏSƏNOVUN “SOL ƏLİ” RABİTƏ NAZİRLİYİNDƏ! - Bir təyinatın pərdəarxası

 

6111

Rabitə və yüksək texnologiyalar nazirinin şübhəli kadr siyasəti: Vidadi Zeynalovu kim əvəz etdi?  

Xəbər verdiyimiz kimi, nazir Ramin Quluzadənin əmri ilə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin olunub. Korrupsiya və müxtəlif cinayətlərdə iştirakına görə, həbs olunan Vidadi Zeynalovun yerini Əli İzzət oğlu Abdullayev tutub. Bu təyinat cəmiyyətə ilk baxışdan heç nə deməsə də, bir qədər dərindən maraqlandıqda ortaya ciddi suallar çıxarır və müəyyən ehtimallara yol açır.
ramin-quluzade_251115Məsələ ondadır ki, gənc kadr kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparacağı, qurumda şəffaflığı təmin edəcəyi gözlənilən nazir Ramin Quluzadə,korrupsioner kimi işdən qovulan və həbs olunan Vidadi Zeynalovun yerinə irimiqyaslı korrupsiya əməliyyatlarında adı qırmızı xəttlə keçən bir başqa şəxsi təyin etməklə, yumşaq desək, özünün əsl niyyəti ilə bağlı şübhələrə yol açmış oldu. Niyə?
Bu suala cavab verməzdən öncə qeyd edək ki, rəsmi olaraq Əli Abdullayevin tərcümeyi-halı haqqında qısa məlumat verilib. Onun 1979-cu ildə anadan olduğu , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirdiyi bildirilir.
Daha sonra qeyd edilir ki, Əli Abdullayev 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib. Çox gözəl..

Ancaq maraqlıdır, 1979-cu ildə anadan olan Əli Abdullayev 2001-ci ildə, yəni 22 yaşında, əmək fəaliyyətinə başlayan kimi hansı keyfiyyətlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri kimi məsul vəzifəyə təyin olunub. Diqqət edin, birbaşa müdir…
Əli Abdullayev tanıyanların sözlərinə görə, o, xüsusi istedadı və savadı ilə fərqlənən biri olmayıb. Zatən Azərbaycanda bu keyfiyyətlər hansısa qurumda vəzifə təyinatında bəlkə də, sonuncu rol oynayır. Əvəzində qohumluq, tanışlıq, “hörmət” kimi “keyfiyyətlər” ön plana çəkilir ki, biz də bu reallığı əsas tutaraq, Əli Abdullayevin bunlardan hansından yararlanaraq, irəli çəkildiyini araşdırdıq.

1ferhadMəlum oldu ki, Əli Abdullayevin birdən-birə yüksək vəzifəyə təyin olunmasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusi rolu olub.
Belə ki, “AzPolitka.info”ya verilən məlumata görə, Əli Abdullayev də Fərhad Əliyevlə həmyerlidir, əslən Cəlilabad rayonundandır. Eyni zamanda onların arasında qohumluq münasibətlərinin də olduğu bildirilir.
Əli Abdullayevin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.

Fərhad Əliyevin yüksəlişində də bir qohum kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub. Sabiq nazir də bunun qarşılığı olaraq, onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyinin tərkibində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti kimi fəaliyyət göstərirdi. Quruma o vaxt da Kərəm Həsənov rəhbərlik etsə də, kadr təyinatları məhz Fərhad Əliyev təəfindən aparılırdı.

3kerKərəm Həsənovun sabiq nazir Fərhad Əliyevin həbsindən sonra da Əli Abdullayevi vəzifədə saxlamasını isə saytımıza məlumat verən mənbə 2 səbəblə izah edir.

Birincisi, Kərəm Həsənov da əslən Cəlilabad rayonundandır. Əli Abdullayevin atası isə bu rayonda nüfuzlu şəxsdir. Hətta Kərəm Həsənova da köməyi dəydiyi, onun vəzifə almasına dəstək verdiyi istisna deyil . Dəyməsə belə, xaraktercə cəsarətsiz, ancaq hiyləgər biri olan Kərəm Həsənov onun rayondakı nüfuzunu gözardı edə bilməzdi.

İkincisi, Kərəm Həsənovun Əli Abdullayevin Fərhad Əliyevlə qohum olmasından öz məqsədləri üçün yararlandığı bildirilir. Yəni, Kərəm Həsənov qohumunu işdə saxlamaq, hətta daha yüksək vəzifəyə təyin etməklə, Fərhad Əliyevi ona qarşı düşmənçilikdən yayındırmağa çalışdığı istisna deyil.

Bununla bağlı hələ 2 il əvvəl “AzPolitika.info” da dərc olunan “AZƏRBAYCANDAKI ƏMLAK TALANININ ASTAR ÜZÜ” adlı araşdırmada da Əmlak Komitəsində baş verən hadisələrdən məlumatlı şəxsin maraqlı bir fikri dərc olunub. Sitat: “Əvvəllər K.Həsənovun rəhbərlik etdiyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əli Abdullayevin Fərhad Əliyevlə qohumluq əlaqəsi olduğu üçün, K.Həsənov onun komitənin mərkəzi aparatında işləməyini heç vəchlə həzm edə bilməzdi. Odur ki, onu Mərkəzi Aparatdan uzaqlaşdırmaq üçün guya ən məsuliyyətli sahəni ona etibar etdiyini bildirib, RAM-a baş direktor təyin etdi. Bununla da həm gələcək naminə özünü sığortaladı, həm də F.Əliyevin ona hər hansı problem yaratmaması üçün qohumunu auksiondakı saxtakarlıqlara şərik etdi”.

104587Həmin mənbə 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (Əvvələr Respublika Auksion Mərkəzi (RAM) adlanırdı-red.) rəhbərlik edən Əli Abdullayevin isə Kərəm Həsənovun etimadını doğrultduğunu, tapşırıqlarını artıqlaması ilə yerinə yetirdiyini bildirir.  “Gənc olmasına baxmayaraq, Kərəm Həsənovun “barmaq istədiyi yerdən əl, bəzən hətta qol qoparıb” gətirməyi bacardı” deyə mənbə bildirir.

Qeyd edək ki, dövlət mülkiyyətinin özəlləşdirilməsində olan maxinasiyaların böyük əksəriyyətinin məhz Auksion Mərkəzində reallaşdırıldığı heç kimə sirr deyil.  Burda isə Əli Abdullayevin iştirak etməməsi mümkün deyildi. Bununla bağlı yuxarıda adını qeyd etdiyimiz araşdırmadan bir epizodu xatırladaq: “Bəzən müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsin heç özəlləşdirmə payı alıb, arxa qapıdan auksionda təqdim etməsinə ehtiyac qalmırdı. Onsuz da K.Həsənova və R.Şahbazova məlum idi ki, çeklər dövriyyədən çıxdıqdan sonra həmin payları 1-2 manatdan almaq mümkün olacaq. Amma müəssisənin səhm zərfini ələ keçirmək istəyən şəxsdən təqdim edəcəyi özəlləşdirmə payının miqdarına görə, bir ədədinin pulunu 8-10 manatdan alırdılar. Bu gün “qara bazarda” hələ də özəlləşdirmə paylarının satılması da bundan xəbər verir…
1-herrac1Səhmləri satılmış ASC-də birinci ümumi yığıncaq keçirilərkən, səhm paketini müəyyən məbləğdə ələ keçirmiş şəxsin müəssisənin səhmlərinin 80-90 %-ni necə, hansı yolla əldə etdiyi aydın olurdu. Görəsən sadə vətəndaşdan 2-3 özəlləşdirmə payı qəbul edilməsinə istədiyi formada maneçilik törədən RAM-ın baş direktoru – K.Həsənovun, R.Şahbazovun həmyerlisi Əli Abdullayev, bir şəxsdən 500-2000 ədəd özəlləşdirmə payını necə, hansı şəraitdə qəbul edirdi?”

Qeyd edək ki, 2007-ci ildən sonra yaradılmış Açıq Səhmar Cəmiyyətlərin (ASC-lərin) səhmləri ildə 5-6 ixtisaslaşdırılmış çek hərracı keçirilməklə 15-30 % hissələrə bölünərək satılıb. Məqsəd çek hərracı keçirilməsi haqqında görüntü yaratmaqdan, vaxtı uzatmaqdan ibarət olub. Nəticədə bu qaydada keçirilən ixtisaslaşdırılmış çek hərracında istənilən şəxsi və ya onun ailə üzvlərini qalib elan etmək daha asan idi. Beləliklə də, cek həracı keçirilmə görüntüsü yaradılaraq, dövlət əmlakı bəzi şəxslərə satılıb və ya talan edilb.

0ruste2007-ci ildən sonra Hərracların Təşkili üzrə Auksion Mərkəzinə rəhbərlik etmiş Əli Abdulayevin bu proseslərdən kənarda qaldığını iddia etmək çətindir. Təsadüfi deyil ki, Kərəm Həsənovun ASC-lərlə bağlı niyyətini reallaşdırmasında Rüstəm Şahbazovun onun “sağ əli”, Əli Abdulayevin isə “sol əli” olduğu bildirilir.

Yəni, Əli Abdulayevin uzun illərdir rəhbərlik etdiyi sahədə ciddi qanun pozuntularının, korrupsiyanın, maxinasiyaların olduğuna dair çoxsaylı iddialar, faktlar və sübutlar var. Hətta Prezident də bu vaxtacan aparılan özəlləşdirmə prosesindən narazılığını bildirib. Dövlət müəssisələrinin özəlləşdirildikdən sonra işləməməsinin, əmlakının talanmasının səbəbini bu prosesdə şəffaflığın təmin olunmaması ilə bağlayıb.

Əli Abdulayev birbaşa bu prosesə rəhbərlik edən şəxslərdən biridir. İndi belə bir şəxsin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni Aparat rəhbəri təyin olunması, əlbəttə, təəccüb doğurmaya bilməz. Xüsusən də nəzərə alsaq ki, Prezident İlham Əlyev nazir Ramin Quluzadəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ilk növbədə şəffaflığın təmin olunmasını tapşırıb, onun kadr seçiminə uğurlu başladığını söyləmək çətindir. Elə bu təyinatın səbəbini də…

AzPolitika.info

 






Fikirlər