Tədbirdə Universitet rəbərliyi və tələbə-müəllim heyəti ilə yanaşı Millət Vəkili Fəzail İbrahimli iştirak edib.
Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımıla əlaqəli sənədli film izlənilib.
Universitetin rektoru professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olan qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törətmiş, mindən artıq kənd yandırılmış və dagıdılmışdır.Bildirib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb. Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın tarixini bilməli olduğunu qeyd edib və "31 mart Soyqırımı” günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkəmizdə və xarici ölkələrdə tədbirlər keçirilir və xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir.Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksi açılıb.
Millət Vəkili Fəzail İbrahimli Ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırımların tarixini faktlarla diqqətə çatdırıb. Tarixçi alim qeyd edib ki.bunun kökü I Pyotrun vəsiyyətlərindən başlayır. I Pyotr 1724-cü il noyabr ayının 10-da 3 erməni katolikosunu qəbul edib. Onun "nə istəyirsiz" sualına ermənilər "biz dağınıq xalqıq, bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, biz də sizin siyasətinizi dəstəkləyərik" - deyə cavab veriblər. I Pyotr da göstəriş verib ki, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməniləri yerləşdirin, çünki onlar bizim siyasətimizə lazım olacaq", deyə tarixçi alim bildirib.Onun sözlərinə görə, I Pyotrun ölümündən sonra Rusiya Xalq Xarici İşlər Kollegiyası bunu qərar formasında qəbul edir və bu, tarixə I Pyotrun vəsiyyətləri adı altında daxil olur.
Tarixçi hesab edir ki, əgər bir əsr ərzində azərbaycanlılara qarşı bu millət tərəfindən 4 dəfə soyqırım törədilibsə, artıq bu ağrı-acıları ifadə etməkdən çox mart soyqırımın səbəbləri, tarixi kökləri araşdırılmalı, bu məsələdən daha çox danışılmalıdır."Mart soyqırımı bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin məhz 1918-ci ildə baş verən əlamətidir. Bu düşmənçilik XX əsrin əvvəllərində 1905-1907-ci illərdə başlayıb, əsrin sonunda - 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib.
Onun sözlərinə görə, 1918-ci ilin mart ayının son iki günündə təkcə Bakıda 12 min insan qətlə yetirilib. Bu soyqırım Bakı 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad olunanadək davam edib.
AzerTaym.az