Rəhim Qazıyevin apelyasiya ŞİKAYƏTİNƏ baxılacaq

Bu gün Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbsindən verilmiş  apellyasiya şikayətinə baxılacaq.

Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə 16:00-da baxılacaq.

Nərimanov polis idarəsindən verilən məlumata görə, Rahim Qazıyevə 10 sutka həbs verilib və o, hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Qazıyev polisə müqavimət ittihamına əsasən həbs olunub.






Fikirlər