Rəhim Qazıyevin apelyasiya ŞİKAYƏTİNƏ baxılacaq
Bu gün Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbsindən verilmiş apellyasiya şikayətinə baxılacaq. Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə 16:00-da baxılacaq. Nərimanov polis idarəsindən verilən məlumata görə, Rahim Qazıyevə 10 sutka həbs verilib və o, hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılır. Qazıyev polisə müqavimət ittihamına əsasən həbs olunub.