Ekologiya Nazirliyi universitetlə RAZILAŞDI
26 dekabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tələbələrin peşə-təcrübi bilik və bacarıqlarının artırılması, ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə görüş keçirilib. Görüşdə ekologiya sahəsində kadr potensialından səmərəli istifadə edilməsi, ekologiya, geologiya və hidrogeologiya mühəndisliyi ixtisası üzrə peşəkar kadrların hazırlanması, ekoloji təbliğat sahəsində məlumat mübadiləsinin aparılması barədə müzakirələr aparılıb və əməkdaşlığa dair razılaşma sənədi imzalanıb. Tədbirdə ETSN-nin və ADNSU-nun nümayəndələri iştirak edib.