ƏVƏZ Zeynallı SAXLANILDI- Yenilənib

Bir neçə saat əvvəl Bakıda polis tərəfindən saxlanılan jurnalist Əvəz Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.
"AzPolitika”nın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, saxlanmanın səbəbi barədə onlara hər hansı məlumat verilmir. "Sabah onunla görüşəcəm. Hələki, onun saxlanmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər”.
***
17:54
 
Xural.com saytının baş redaktoru Əvəz Zeynallı polis tərəfindən saxlanılıb.
BakuPost.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsi ilə məlumat yayıblar.
Onlar bildiriblər ki, Əvəz Zeynalı Binəqədi 4-cü Polis Bölməsinə aparılıb.






Fikirlər