TAHİR Əkbəri QƏBİRDƏN çıxarıb YENİDƏN DƏFN etdilər— ŞOK FOTOLAR
Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb. Ölkə.az-ın Əməkdaşı bəstəkarın dünən dəfn edildiyi qəbristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib. Diqqət çəkən məqamlardan biri isə ailənin Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina etməsidir.
"Ölkə.Az"-ın məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.
Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib.