Bakıdan Türkiyəyə qatar oktyabrın 28-də GEDƏCƏK
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZƏRTAC-a məxsusi açıqlamasında bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək.
Onun sözlərinə görə, açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.
AzerTaym.az