Cavid Qurbanov AKP-nin qurultayında (FOTOLAR)

Cavid Qurbanov AKP-nin qurultayında (FOTOLAR)

Prezident İlham Əliyevin tapşırığına əsasən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımla işgüzar görüşü baş tutub.

Təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparılıb. 

Görüş sonrası Binəli Yıldırım Cavid Qurbanovu şəxsən Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən qurultayına dəvət edib. 
AKP-nin bugünkü qurultayında nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım rəsmən AKP -nin yeni sədri kimi baş nazir postuna təsdiq olunub. 
Qeyd edək ki, Binali Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub. 
Yeri gəlmişkən, bu yaxınlarda hər iki yüksək çinli məmurun Ankarada görüşü baş tutmuşdu. Görüşün əsas mövzusu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı olmuşdu. 
Musavat.com Moderator.az-a istinadən AKP-nin qurultayından fotoları təqdim edir.
 
 


 






Fikirlər