TƏZYİQ insanı YADDAŞSIZLAŞDIRIR
Amerikada aparılan araşdırmalar nəticəsində məlum olub ki, 40 yaşında, yüksək qan təzyiqindən əziyyət çəkən insanlar müalicə edilmədikləri halda 20 il sonra yaddaşlarını itirməyə başlayırlar. Mütəxəssislər 20 il ərzində 48-67 yaşlı 14 min adam üzərində araşdırma aparıblar. 40 yaşların yüksək təzyiqdən əziyyət çəkən insanlar 60 yaşlarından sonra yaddaşlarını itirməyə başlayır. Lakin hipertoniya vaxtında müalicə edilərsə, orqanizm üçün problem yaratmır.