“Möcüzəli Naftalan” -da anti "möcüzələr- Zirzəmidə otaqlar, dincələnlərə verilən qurdlu ət və....VİDEO

“Möcüzəli Naftalan” -da anti "möcüzələr- Zirzəmidə otaqlar, dincələnlərə verilən qurdlu ət və....VİDEO

Teref.info yazır ki, “Möcüzəli Naftalan” sanatoriyası on il əvvəl - 2007-ci ildə tikilib istifadəyə verilib.

Bura 94 çarpayılıq korpus, yeməkxana, müalicə və idman zalı, neft vannaları otaqlarından ibarətdir. Mərkəzdə qiymətlər otaqların kateqoriyasından asılı olaraq dəyişir. 14 günlük müalicə kursunun qiyməti 500-750 manat arasındadır. Məbləğə vətəndaşların burda qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir.

Vətəndaşlar bura həm həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur. Amma edilən şikayətlərdən məlum olur ki, başqa yollarla da qəbul mümkündür. Belə olmasaydı, rəsmi sənədlərdə 94 çarpayılıq olduğu bildirilən mərkəzdə qeyri-qanuni olaraq 200-300 nəfər qəbul olunmazdı.
Sizə təqdim etdiyi videolarda bu sanatoriyanın bu gün hansı vəziyyəıtdə olduğunu görə bilərsiniz
Qarşı tərəfin fikirlərini dinləyə bilərik!







Fikirlər