20 NÖMRƏLİ MƏKTƏBdə şagirdlərdən hər ay 15 minə yaxın PUL YIĞILIR

20 nömrəli məktəbdə şagirdlərdən hər ay 15 minə yaxın pul yığılır

20 saylı məktəb-liseydə şagirdlərdən hər ay pul yığılır.
Qaynarinfo-ya daxil olan məlumata görə, məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn Məktəb Assossasiyası yaradıb və assossasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.
Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur.
Məsələ ilə əlaqədar 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova ilə əlaqə saxladıq. Direktor saytımıza açıqlamasında bununla bağlı heç bir məlumatı olmadığını və məsələni öyrəndikdən sonra məlumat verəcəyini bildirdi. Görünür ki, direktor da idarə etdiyi təhsil ocağında baş verənlərdən xəbərsizdir?!
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdik. Qurumdan bildirildi ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.






Fikirlər