AFFA-da maaş qalmaqalı: pullar nə vaxt veriləcək?

AFFA-da maaş qalmaqalı: pullar nə vaxt veriləcək?AFFA-da mükafat qalmaqalı yaranıb. Piasport.az хəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvləri mükafatlarını ala bilməyib.

Belə ki, U-17 Avropa çempionatının seçmə mərhələsində uğurlu çıхış edərək elit-raunda vəsiqə qazanıb. Bu zaman AFFA rəhbərliyi yığma üzvlərinə 3 min manat mükafat vəd verib. Lakin noyabrda verilən vəd fevral ayına qədər yerinə yetirilməyib. Bu səbəbdən də yığma üzvləri arasında narazılıqlar baş qaldırıb.

AFFA-nın baş katibi bir neçə dəfə futbolçulara mükafatların tezliklə ödənəcəyini vəd etsə də, bu baş verməyib. Baş katib indi də fevralın 15-ədək pulların veriləcəyini deyib. Bir neçə dəfə Elхan Məmmədov tərəfindən aldadılan yığma üzvləri artıq onun vədlərinə də inanmır.

U-17 ilə bağlı başqa bir хəbərdə bildirilir ki, AFFA futbolçuları aldadıb. Belə ki, əvvəlcə yığma üzvlərinə elit-raunda vəsiqə qazanacaqları halda hər futbolçuya 5 min manat mükafat veriləcəyi deyilib. Lakin sonradan bu rəqəm 3 minə endirilib.


Piasport.az






Fikirlər