Xəzərdə yadplanetlilərin “Apple” bazası: Şok - VİDEO

Xəzərdə yadplanetlilərin “Apple” bazası: Şok - VİDEO2008-ci ilin yayında “BP”yə məxsus neft yatağında partlayış baş verdi. Bu partlayış ABŞ tarixinin ən dəhşətli ekoloji problemini yaratdı. Körfəzdə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işini Barak Obama öz üzərinə götürdü və ABŞ-da “BP”-nin bütün məhsullarının satışına qadağa qoydu. Bundan sonra Kaliforniya körfəzi və yaxınlıqdakı ərazilərin təmizlənməsi işlərinin maliyyələşməsini “Apple” şirkəti əlahiddə olaraq öz üzərinə götürdü. Məsələ ondaydı ki, bu şirkət bu günə qədər heç bir xeyriyyə işində iştirak etməmişdi.

Burdan sual çıxır: Hansı səbəb bu şirkəti belə addım atmağa məcbur etdi? Onlar hətta təklif olunan bütün yardımlardan imtina etdilər. Niyə?.. ABŞ-ın reytinq kompaniyalarının verdiyi məlumata görə, “Apple” şirkəti bir günə dünyada 1 milyondan çox (ayda 35 milyon) telefon satır. Bu rəqəm onu bütün telefon rəqiblərinin (Nokia, HTC, Samsung, Sony) bir həftəlik ümumi satışlarından 3 dəfə çoxdur. Maraqlı olan odur ki, şirkət satışı aylıq 35 milyona necə çatdırıb? Fakt isə budur ki, onların dünyada cəmi üç zavodu var və o zavodların gücü ildə yalnız 10 milyon telefon istehsal etməyə çatır. Siz videoda “Apple”in qəzadan sonra çəkdiyi təsvirləri görürsüz: dənizin qırağında, sadəcə, qum var, gözə bir damcı da neft dəymir. Görünən, sahil boyu nəzərə çarpan və həmin vaxt (1997) hələ istehsal edilməmiş “Ayfon” (iPone) telefonlarıdır. Gerçəkdən maraqlıdır, “Apple” satışa çıxardığı bu qədər telefonu hardan gətirir? Dənizin dibində yadplanetlilərin telefon bazası?

Dəniz dibində yadplanetlilərin texnologiyasının yerləşməsi haqda ilk fərziyyəni birinci dəfə dünyada irəli sürən Jak İf Qusto olub. O öz gündəliyində sualtı səyahəti zamanı çəkdiyi unikal şəkillər haqqında yazırdı. 1997-ci ilin iyununda Qusto Meksika körfəzinin dərinliyində tapılan qurğu haqqında belə yazmışdı: “O, əldə tutulan xırdaca televizora oxşayır və əl hərəkətlərinə uyğun olaraq çalışır. Ekranda hələ indi də məlum olmayan piktoqramların göründüyünü yazırdı Qusto: “Dənizin dibində tapdığım o qurğu çox gözəl və inanılmazdı”. 1997-ci ildə Qusto dünyasını dəyişir və onun gündəliyi hərraca çıxarılır. Gündəlik xeyriyyə hərracında satılır. Yeni sahib... Stiv Cobs olur. Yəni “Apple” şirkətinin yaradıcısı Cobs. “Apple” aksiyanın sınaq paketlərin alır.

Bu hadisədən bir neçə il sonra, 2004-cü ildə “Apple” şirkəti “BP” aksiyalarının sınaq paketlərini alır. 2007-ci ildə “Aplle” ilk telefonunu satışa çıxarır və telefon dünya bazarlarında inanılmaz satış rekordu qırır. Əlbəttə, yerin altında bu qədər işlək vəziyyətdə olan yadplanetli texnikan varsa, bu nəticəni əldə etməkdə bir çətinlik olmayacaq. Sənə bircə o qalır ki, qurğunun arxasına dişlənmiş alma işarəsi qoyursan, vəssalam. Əlavə üç zavodun da oldusa, çətin heç nə qalmır. Bütün bunlardan sonra dünyanı neft sızması nağılına inandırmaq və körfəzin təmizlənməsinin əsas səbəbini gizlətməkdən inandırıcı nə ola bilər? Üstəlik, Barak Obama ailəsi ilə birgə çirklənmiş sahədə çimərək şəkil çəkdirir və sənə yardım edir, bununla da hamını körfəzin təmizlənməsinə inandırırsa... Beləliklə, Körfəzin təmizlənmə söhbətin bağlanır.


Telefonlar tükənəndən sonra “Apple” nə edəcək? Belə bir fikir yaranır ki, onlar həmin telefonların yerləşdiyi ikinci yeri tapmaq üçün hər şeyə gedə bilərlər. Bu yer Qustonun gündəliyində aydın yazılıb: İkinci böyük baza Xəzər dənizidir.






Fikirlər