03.05.2014. - Mercedes-AMG 4-silindr gəlir - FOTO

03.05.2014. -  Mercedes-AMG 4-silindr gəlir - FOTOÜçşüalı ulduzun” idman bölməsi yüklənmiş “turbodördlüyün” genişləndirilməsi haqqında fikirləşir. “Mercedes-AMG GmbH”-nin zəngin tarixində V6 kompressorlu mühərrikləri olan avtomobillər var idi. Hələlik V12 ilə olan aqreqatlar qalıb, lakin “səkkizliklərlə” təchiz olunmuş idman modellərinə xüsusi yer verilib. Yüklənməmiş V8 mühərrikləri yaxın vaxtlarda səhnəni tamamilə tərk edəcək.

"AzerTaym.az" auto.az-a istinadən bildirir ki, onların varisləri üçün şirkətdə böyük potensiallı 4-silindrli yüklənmiş mühərrik müəyyən edilib. 360 a.g. verən bu əzəmətli “dəyirman” dünyanın ən güclü 2,0 litrlik aqreqatlarının tərkibinə daxildir və “A 45 AMG”, “CLA 45 AMG” və ”GLA 45 AMG”-yə quraşdırılır.

Bölmənin rəhbəri Tobias Mersin verdiyi məlumata görə tünerlərin əsəri ənənəvi “səkkizliklə” hərəkətə gətirilən avtomobillərə yerləşdiriləcək. Brendin rəhbəri dedi: - “Hələlik qərar verilməyib, lakin mühəndis kimi mən 4-silindrli benzin mühərrikini kompaktdan böyük avtomobilə – məsələn sedana quraşdırlımasını maraqlı hesab edirəm. Bu bəzi ölkələrdəki vergi qanunvericiliyi üçün də maraqlı qərar ola bilər”.

“Dördlüklərin” quraşdırılması heç də V8 aqreqatlarını itirmək demək deyil – model sırasında 4,0 litrlik 500 a.g. verən “C 63 AMG” və “C 45 AMG” keçinə bilər. Lakin turbo dizeli gözləməyinə dəyməz: Mersin sözlərinə görə belə avtomobillərin bazar qiyməti çox aşağıdır, lakin gələcək modellərdə hibrid texnologiyaları yerləşdirilə bilər.


03.05.2014. -  Mercedes-AMG 4-silindr gəlir - FOTO
03.05.2014. -  Mercedes-AMG 4-silindr gəlir - FOTO






Fikirlər