03.05.2014. - Kompressorlu Lexus LX 570 - FOTO

03.05.2014. -  Kompressorlu Lexus LX 570 - FOTOLyuks yapon brendi “Lexus LX 570” yolsuzluq avtomobilini mexaniki sıxıcı kompressorla təchiz edib “Supercharger Special Edition” adlı xüsusi versiyasını buraxdı.
Bu modifikasiyanı adi modeldən bir qədər fərqli bəzək, böyük diametrli təkər diskləri və maksimal komplektasiya ayıracaq. Daha güclü avtomobil artıq Küveyt bazarında satılır və yaxın vaxtlarda Fars körfəzinin digər bazarlarında da peyda ola bilər.

"AzerTaym.az" auto.az-a istinadən bildirir ki, 5,7 litrlik V-şəkilli “səkkizlik” kompressorun quraşdırılmasından sonra 383 deyil 450 a.g. verməyə başladı. Daha güclü xüsusi versiyanın dinamik xüsusiyyətləri barədə məlumat verilmir, lakin o 96 km/saata 6,6 saniyəyə sürətlənən “LX 570”-dən daha sürətli olmalıdır.

Standart komplektasiyada “Lexus LX 570 Supercharger” 6-pilləli “avtomat”, 20 düymlük yüngül lehimli disklər, diodlu hərəkət işıqları, beşinci qapının elektrik ötürücüsü, parketmə sensorları, naviqasiya sistemi, Mark Levinson akustikası qızdırılma və oturacaqların soyudulması, və interyerin ağacla uyğunlaşdırılmış dəri bəzəyi əldə edir.


03.05.2014. -  Kompressorlu Lexus LX 570 - FOTO
03.05.2014. -  Kompressorlu Lexus LX 570 - FOTO
03.05.2014. -  Kompressorlu Lexus LX 570 - FOTO
03.05.2014. -  Kompressorlu Lexus LX 570 - FOTO






Fikirlər