Yağışa görə Bakıda 3 yol qəzası oldu - RƏSMİ

“Hazırda paytaxtda gölməçələr yaranan ərazilərə bitişik hissələrdə nəqliyyat sıxlığı yaşanır. Xüsusilə Babək prospektinin, Keşlə qəsəbəsinin çıxış istiqamətində olan kiçik gölməçənin hesabına ərazidə nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir”.

Bunu Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr  şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O deyib ki, bu saata qədər Bakıda 3 qəza baş verib:

“Yol və metroloji şərait nəzərə alınmadığı üçün 3 maddi zərərlə nəticələnən yol qəzası qeydə alınıb. Avtomobillərin sürüşüərək maneələrə dəyməsi yol qəzalarına səbəb olub. Bəzi yerlərdə çirkli gölməçələrdə hərəkət edən avtomobil mühərriklərinin sönməsi sıxlığın yaşanmasına səbəb olub. Bu da xüsusilə Biləcəri qəsəbəsi istiqamətində müşahidə edilir.

V.Əsədov bildirib ki, hazırda yol polisi əməkdaşları ərazilərə təhkim olunub:

“Paytaxtın enişli-yoxuşlu hissələri, sərt döngələri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Hərəkətin növbəliliyinin təmin edilməsilə bağlı nizamlama işləri davam etdirilir.

Bir daha sürücülərdən xahiş edirik ki, texniki cəhətdən saz avtomobilləri idarə etsinlər. Şüşəsilənlərə diqqət edilsin, şinlər mövsümə uyğun olsun. Sürət həddi minimuma endirilsin, ara məsafəsi artırılsın. Xüssusilə piyadaların üst-başını çirkləndirməmək üçün sürücülər diqqətli olsunlar”.






Fikirlər