DYP 40-dan çox sürücünü cərimələyib - Xəbərdarlıq

Картинки по запросу vaqif asadov 

Avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatdığından yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydlərə başlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu saatədək qeyd olunan məsələ ilə bağlı 40-dan çox sürücü cərimə olunub. 
Qurum rəsmisi qeyd edib ki, yol polisi əməkdaşları tərəfindən reydlər qarşıdakı günlərdə də davam etdiriləcək:
“Bakı şəhəri üzrə nəqliyyat vasitələrində quraşdırılan pərdə, plyonkalarla avtomobil idarə edən 40-dan çox sürücüyə qarşı inzibati tədbir görülüb. Saxlanılanlar arasında “məlumatsızam”, “yadımdan çıxıb” deyənlər çoxdur. Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir. Bir neçə gün öncədən KİV vasitəsilə bu barədə məlumat sürücülərin diqqətinə çatdırılıb”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında" Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər
Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.






Fikirlər