Qız “Hummer”lə universitetin bağçasında...

Moskva Dövlət Universitetinin bağçasında qazon və səkilərin üzəri ilə hərəkət edən albalı rəngli “Hummer” Rusiyada zəngin balalarının ictimai qaydalara necə tüpürdüyünü əks etdirən növbəti epizod olub.

Şahidlərin çəkdikləri kadrlara əsasən “Hummer” yolun hərəkət hissəsindən çıxaraq universitetin ərazisinə daxil olur, orada səkilərin və qazonların üzəri ilə hərəkət edir, yenidən yolun hərəkət hissəsinə çıxır.Daha sonra buzda ilişib qalır. Şahidlər bildirir ki, avtomobildə bir neçə nəfər olub, sükan arxasında isə qız oturmuşdu.
Xatırladaq ki, bu yaxınlarda erməni biznesmenin qızı Mara Baqdasaryanın Moskvada idman avtomobilləri ilə müntəzəm olaraq avtoxuliqanlıq etməsi nəhayət onun həbsinə və icbari əməyə cəlb olunmasına səbəb olub. Zəngin balalarının avtoxuliqanlıq əməlləri Rusiya üçün də ciddi problemdir.(virtualaz.org)

 






Fikirlər