“Volvo” artıq benzinlə işləməyəcək – Elektromobillərə KEÇİR
“Volvo Cars” şirkətinin bütün yeni avtomobilləri 2019-cu ildə elektrik mühərriki ilə təchiz olunacaq. Trend-in məlumatına görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, bu, tarixi qərardır: “Bu o deməkdir ki, biz artıq yalnız daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobil istehsal etməyəcəyik”. Bildirilir ki, alıcılar daha çox elektromobillər haqqında soruşurlar.