Azərbaycanda yeni radarlar – (Foto)

Azərbaycanda yeni radarlar – (Foto)Bakı-Ələt yolunda qeyri-adi radarlar quraşdırılıb.

Bu barədə day.az-a oxuculardan biri məlumat verib. Həmin radarlar yolun Sahil və Qobustan qəsəbələri ərazisindən keçən hissəsində quraşdırılıb. İddia olunur ki. Başqalarından fərqli olaraq onlar “ağıllı radar”lardır.

Yeri gəlmişkən,"AzerTaym.az" xatırladır ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bir müddət əvvəl mediaya açıqlamasında bildirmişdi ki, tezliklə Azərbaycanda tətbiq olunacaq texnologiya sürücünün avtomobili sürətlə sürmək istəyinin qarşısını alacaq. Şöbə rəisi vurğulamışdı ki, həmin müasir, ağıllı radarlar avtomobilin orta sürətini uzaq məsafədən də müəyyən edəcək: “Bir yolla daimi gedən sürücülər stasionar radarların harada olduğunu bilir, yolun bir hissəsini yüksək sürətlə gedir, radara çatanda isə sürəti azaldırlar. Nəticədə radara düşmür və sonra yüksək sürətə davam edirlər. Amma yeni quraşdırılacaq qurğular radardan-radara olan məsafənin orta sürətini çıxaracaq. Belə radarlar artıq Bakı-Quba yolunda quraşdırılıb. Həmin radarlar tək sürəti yox, digər qayda pozuntularını da qeydə alır”.

DYP rəsmisi onu da qeyd etmişdi ki, yeni radarlarda nömrə oxuyan xüsusi proqram var. Əgər avtomobil axtarışdadırsa, məhkəmə tərəfindən həbs qoyulubsa, həmin qurğu vasitəsilə müəyyən ediləcək.


Azərbaycanda yeni radarlar – (Foto)






Fikirlər