Bakı səhərini sürətlə açacaq (VİDEO)

Bakı səhərini sürətlə açacaq (VİDEO)Bu gün Bakıda “GTA” seriyasindan “Baku World Çelenc” avtomobil yarışlari üzrə Dünya Çempionatının final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək maşınlarin paradı baş tutub.

ANS TV-nin məlumatına görə, dünyanın ən sürətli avtomobillərinin Dövlət Bayrağı Meydanından başlayan yürüşü Heydər Əliyev adına Mərkəzin qarşısında yekunlaşdı.
“Baku World Çelenc”də iştirak edəcək bu avtomobillərin sürəti isə saatda 300 km dir.


“Baku World Çelenc”də digər bir marqlı məqam isə öz sürəti ilə deyil, həm də dəyəri (1milyon ABŞ dollar) ilə digərlərindən seçilir.

Bu gün baş tutacaq yarışda 17 komandadan ümumilikdə 30 “GTA” seriyasindan olan maşın nəzərdə tutulmuş ümumi uzunluğu 6 km-lik trayektoriya üzrə yarışacaqlar. Turnirdə digər ölkələrə nisbətən Almaniyadan daha çox pilotla təmsil olunub.

Almaniyalı pilot Yens Kleqmans deyir ki, bu yarışda o, ilk dəfədir ki, iştirak edir: “Bu baxımdan bu gün yarış mənim üçün daha həyacanlı keçəcək. Düşünürəm ki, yarışda dünyanın ən güclü pilotları iştirak etdiyindən, qələbə qazanmaq daha çətin olacaq”.

Paytaxt sakinləri yüksək sürətə və qulaq batırıcı səsə malik bu avtomobillərin yarışını bu gün səhər saat 9:30-dan etibarən izləyə bilərlər.







Fikirlər