Bakıda "X6" belə yandı

Bakıda "X6" belə yandı Dünən Bakıda küçənin ortasında avtomobil yanıb.

"AzerTaym.az" “qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonu ərazisində BMW X6 markalı avtomobilin ön hissəsi alışıb.

Vətəndaşlar yanğını söndürüblər. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.

FHN də hadisə ilə bağlı məlumat yayıb. Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 10:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.







Fikirlər